Azərbaycanın idman gimnastları Türkiyənin Mersin şəhərində keçiriləcək “Challenge” seriyasına aid Dünya Kubokunda iştirak edəcəklər.

Rekord.az xəbər verir ki, yarışa qatılacaq 4 idmançı qardaş ölkəyə yollanıb.

Kişilər arasında Mənsum Səfərovla Nikita Simonov, qadınların yarışında isə Nazənin Teymurova və Samirə Qəhrəmanova qüvvələrini sınayacaqlar.

Dünya Kuboku 1-3 sentyabr tarixlərində təşkil olunacaq.