Azərbaycanın bədii gimnastı İlona Zeynalova Rumıniyanın Ployeşti şəhərində keçirilən 23-cü "İrina Deleanu Cup"da medal qazanıb.

Rekord.az xəbər verir ki, idmançı çoxnövçülük proqramında uğurlu çıxış edib.

Zeynalova turnirin bürünc mükafatına layiq görülüb.

Bədii gimnastika üzrə gənclərdən ibarət Azərbaycan millisi də bu turnirdə uğurlu çıxış edib. Yığma yarışda gümüş medal əldə edib.

Komandanın heyətində Nəzrin Abdullayeva, Ayan Sadıqova və Sofiya Məmmədova yer alıblar.