Azərbaycan gimnastları Murad Rəfiyev və Daniel Abbasov Portuqaliyanın Qimarayeş şəhərində keçirilən akrobatika gimnastikası üzrə dünya çempionatında daha bir qızıl medal qazanıb.

Rekord.az xəbər verir ki, cütlük bu dəfə balans hərəkətlərində yüksək nəticə göstərib.

Gimnastlar daha öncə qarışıq hərəkətlərdə birinci yeri tutmuşdu.

Sentyabrın 19-da startı verilən yarış sabah başa çatacaq.