Azərbaycan təmsilçiləri Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə “Dobrovolskiy” kubokunda 4 medal qazanıblar.

Rekord.az xəbər verir ki, tamblinq proqramında Mixail Malkin bütün rəqiblərini üstələyib.

Adil Hacızadə və Aleksey Karataşov isə gümüş medal qazanıb.

Batut gimnastikasında sinxron proqram üzrə Ammar Baxşalıyev - Əli Niftalıyev cütlüyü bürünc medal əldə edib.