Azərbaycanın yunan-Roma güləşi üzrə U-17 millisi Macarıstanın paytaxtı Budapeştdə təlim-məşq toplanışına başlayıb.

Rekord.az xəbər verir ki, oktyabrın 18-dək davam edəcək hazırlıq prosesində böyük məşqçi Taleh İsrafilov və məşqçi Elbrus Məmmədovun rəhbərliyi altında 12 yeniyetmə idmançı iştirak edir.

Bir neçə ölkənin komandasının qatıldığı birgə təlim-məşq toplanışına 100-dən artıq güləşçi cəlb olunub.

Azərbaycanın U-17 yığması bu il həm Avropa, həm də dünya çempionatında komanda hesabında ikinci yeri tutub.