Azərbaycan güləşçiləri Rusiyanın Yakutsk şəhərində keçirilən “Asiya Uşaqları” Oyunlarını 1 qızıl, 2 gümüş və 5 bürünc medalla başa vurubblar.

Rekord.az xəbər verir ki, son olaraq bu gün U-15 yaş qrupu üzrə yunan-Roma güləşində qaliblər müəyyənləşib.

U-15 Avropa çempionatının qalibi Qurban Məcnunov (44 kq) Yakutskda da bütün rəqiblərindən güclü olub və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yusif Mirzəyev (38 kq) isə bürünc medal qazanıb.

Qeyd edək ki, Yakutskda I kateqoriyalı beynəlxalq hakim Bəşir İsazadə ədaləti qoruyub.