Azərbaycan güləşçilərindən Qazaxıstanda 8 medal
- 07 Noy 2023 22:17
- 371
Qazaxıstanın Türküstan vilayətində Türk Dövlətlərinin Universiadasına start verilib.
Rekord.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə yarış keçirilib.
Gənclərdən ibarət millinin böyük məşqçisi Arif Abdullayev və məşqçi Əşrəf Əliyevin rəhbərliyi altında Universiadaya qatılan komandanın 8 üzvü fəxri kürsüyə qalxıb.
Camal Abbasovla (61 kq) Sabir Cəfərov (70 kq) çempion olub. Abdulrəhman İbrahimov (65 kq), Fərid Cabbarov (86 kq), Rəvan Musayev (97 kq) və Aydın Əhmədov gümüş, Vasif Bağırovla (57 kq) Sahib Dadaşov (79 kq) isə bürünc medal əldə edib.
Beləliklə, yığmamız yarışda 2 qızıl, 4 gümüş və 2 bürünc medal qazanıb.
Sabah yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq.