Azərbaycan güləşçilərindən “Zəfər kuboku”nda daha 5 medal
- 28 Apr 2023 22:03
- 349
Türkiyənin Antalya şəhərində yeniyetmələr (U-17) arasında "Zəfər Kuboku" davam edir.
Rekord.az xəbər verir ki, əənəvi yarışın 2-ci günündə 5 güləşçimiz fəxri kürsüyə qalxıb.
Yunan-Roma güləşində Ayxan Cavadov (55 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub. Elnar Ziyadovla (48 kq) Mikayıl İsmayılov (92 kq) isə bürünc medal qazanıb.
Qadın güləşində isə Səadət Quliyeva (43 kq) və Esra Məmmədli (49 kq) üçüncü yeri tutub.
Xatırladaq ki, ilk yarış günündə Azərbaycan güləşçiləri 6 medal qazanmışdılar.
Turnirə sabah yekun vurulacaq.