
Azərbaycan güləşçisi Avropa çempionu oldu
- 10 Apr 2025 01:06
- 106
Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Rekord.az xəbər verir ki, 125 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda Solomon Manaşvilini (Gürcüstan) məğlub edib.
Bu, Azərbaycan millisinin yarışdakı ilk qızıl medalı olub.
Azərbaycanın digər sərbəst güləşçisi Osman Nurməhəmmədov isə gümüş medal qazanıb. 92 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda Dauren Kuruqluyevə (Yunanıstan) məğlub olub. Bu, Azərbaycan millisinin yarışdakı ilk gümüş medalı olub.
Ağanəzər Novruzov da AÇ-nin bürünc medalını qazanıb. 74 kq çəki dərəcəsində mübarizə aparan idmançı üçüncü yer uğrunda görüşdə Ramazan Ramazanova (Bolqarıstan) qalib gəlib.
Xatırladaq ki, ötən gün təmsilçilərimizdən İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq) və Kənan Heybətov (70 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxmışdılar.