Azərbaycan güləşçisi dünya çempionu oldu
- 25 Okt 2024 23:05
- 111
Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-23 dünya çempionatı davam edir.
Rekord.az xəbər verir ki, mundialın 4-cü günündə qadın güləşi üzrə millinin son 2 üzvü xalçaya çıxıb.
Jalə Əliyeva (57 kq) 1/8 finalda ukraynalı Alina Filipoviçdən güclü olub – 7:4. Həmyerlimiz növbəti mərhələdə isə türkiyəli Sevim Akbaşa heç bir şans tanımayıb – 10:0. Əliyeva yarımfinalda isə amerikalı Sofiya Makalusonu “tuş”la üstələyib və ardıcıl ikinci dəfə U-23 dünya çempionatının finalına yüksəlib. Jalə finalda yaponiyalı Ruka Natami ilə qarşılaşıb. Daha öncə yeniyetmələr və gənclər arasında dünya çempionu olmuş rəqiblə görüş gərgin mübarizə şəraitində keçib. Natamiyə 10:8 hesabıyla qalib gələn güləşçimiz dünya çempionu olub.
Ruzanna Məmmədova (62 kq) debütdə qırğızıstanlı Kalmira Bilimbekqızından (4:1) güclü olsa da, 1/4 finalda estoniyalı Viktoriya Vessoya 1:7 hesabıyla məğlub olub.