Azərbaycan güləşçisi finalda erməni ilə qarşılaşacaq
- 30 Apr 2021 20:45
- 809
Rusiyanın Yakutsk şəhərində olimpiya, dünya və Avropa çempionu Roman Dmitriyevin xatirə turniri start götürüb.
Rekord.az xəbər verir ki, gənc sərbəst güləşçilər arasında keçirilən ənənəvi yarışın ilk günündə finalçılar müəyyənləşib.
Murad Haqverdiyev iki Rusiya güləşçisinə qalib gələrək 1/4 finala yüksəlib. Ancaq yarımfinala gedən yolda digər yerli idmançıya məğlub olub.
Mübarizəyə 1/4 finaldan qoşulan Sabir Cəfərov iki rəqibi üzərində inamlı qələbə qazanaraq adını finala yazdırıb.
Cəbrayıl Hacıyev ilk iki mərhələdə Rusiya təmsilçilərinə heç bir şans tanımayıb. Yarımfinalda Qırğızıstan idmançısından da güclü olan Hacıyev finala vəsiqə qazanıb.
Qeyd edək ki, final qarşılaşmaları mayın 1-də keçiriləcək.
57 kq
Təsnifat: Murad Haqverdiyev - Yulian Qriqoryev (Rusiya) 10:0
1/8 final: Murad Haqverdiyev - Yeqor Naxodkin (Rusiya) 8:6
1/4 final: Murad Haqverdiyev - Artyom Qobayev (Rusiya) 2:6
65 kq
1/4 final: Sabir Cəfərov - İqor Upxoyev (Rusiya) 6:1
1/2 final: Sabir Cəfərov - Sayan Jiqzimayev (Rusiya) 7:0
Final: Sabir Cəfərov - Danil Xarçilava (Rusiya)
70 kq
1/8 final: Cəbrayıl Hacıyev - Nurgun Andreyev (Rusiya) 10:1
1/4 final: Cəbrayıl Hacıyev - Ruslan Abiyev (Rusiya) 10:0
1/2 final: Cəbrayıl Hacıyev - Orozobek Toktomambetov (Qırğızıstan) 10:3
Final: Cəbrayıl Hacıyev - Arsen Balayan (Rusiya)