Azərbaycan güləşçisi ilk görüşdə məğlub oldu
- 09 Avq 2024 15:00
- 193
Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.
Rekord.az xəbər verir ki, 74 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində albaniya təmsilçisi Çermen Valiyevlə üz-üzə gəlib.
Görüşdə idmançımız rəqibinə 3:4 hesabı ilə məğlub olub.
Olimpiada avqustun 11-də başa çatacaq.