Azərbaycanlı güləşçi Hacı Əliyev karyerasını başa vurub.

Rekord.az xəbər verir ki, bu barədə o, “İnstagram” hesabında paylaşım edib.

Paylaşımda “Bu da son!” sözləri yazılıb.

65 kq çəki dərəcəsində yarışan, üçqat dünya və dördqat Avropa çempionu olan 33 yaşlı idmançı Paris-2024 Olimpiya Oyunlarında 1/4 finalda macar həmkarına uduzub.