Azərbaycan güləşçisi Paris olimpiadasından sonra karyerasını bitirdi
- 07 Avq 2024 14:15
- 183
Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti karyerasını başa vurub.
Bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
35 yaşlı pəhləvan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarından sonra güləşlə vidalaşıb. O, Paris-2024-ü beşinci yeri tutaraq medalsız qalıb.
Şəriəti 2016-cı ildə Rio-de-Janeyrodakı olimpiadada bürünc mükafat əldə edib. Təcrübəli idmançı 2023-cü ildə Xorvatiyanın paytaxtı Zaqrebdəki Avropa çempionatında gümüş medal qazanmışdı.