Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub.

Rekord.az xəbər verir ki, 130 kq çəki dərəcəsində yer alan idmançı estoniyalı Heyki Nabi ilə mübarizə aparıb.

Yarışa 1/8 finaldan qoşulan Şəriəti rəqibinə qalib gəlib.

Bununla da idmançımız 1/4 finala yüksəlib.