Azərbaycan güləşçisi: "Zədə mənə problem yaradırdı"
- 06 Noy 2022 20:56
- 465
"Görüş çox gərgin keçdi. Zədəm mənə problem yaradırdı. Qabırğamda qırıq olduğu üçün istədiyim fəndləri edə bilmirdim".
Rekord.az xəbər verir ki, bunu Azərbaycan millisinin yunan-Roma güləşçisi Sənan Süleymanov Bakıda keçirilən Dünya Kubokunun finalında iranlı Arif Həbibullahiyə qalib gəldiyi görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.
77 kq çəki dərəcəsində çıxış edən idmançı rəqibini tam üstünlüklə məğlub etmək istədiyini bildirib: "Zədə bir az mane oldu. Əsas odur ki, qalib gəldim. Özümdən əvvəl komandanı düşünürəm. Burada yığma üçün çalışırıq".