Bu gün futbol üzrə Azərbaycan I Liqasında XXVI turun iki görüşü keçirilib.

"Rekord.az" xəbər verir ki, turun mərkəzi matçında “Qaradağ Lökbatan” dogma meydanda “Şamaxı”nı qəbul edib.

Qarşılaşma qonaqların qələbəsi (3:2) ilə başa çatıb.

Günün digər görüşündə isə “İmişli” I Liqanın autsayderi “Araz Saatlı”nın qonağı olub. Ev sahibləri 2:1 hesablı qələbəyə seviniblər.

Bu nəticələrin ardından "Şamaxı" xallarının sayını 54-ə çatdıraraq turnir cədvəlində liderliyi ələ keçirib. "Qaradağ Lökbatan" 53 xalla ikincidir. "Araz Saatlı" xal ehtiyatını 13-ə çatdırıb. "İmişli"nin isə 47 xalı var.

Qeyd edək ki, çempion komandanın adına sonuncu – XXVII turda aydınlıq gələcək.