Azərbaycan idmançılarının 2021-ci ildə qazandıqları medal sayı bilindi
- 30 Dek 2021 18:00
- 613
Azərbaycan idmançılarının 2021-ci il ərzində qitə və dünya çempionatlarında, kubok yarışlarında, qran-pri və digər nüfuzlu beynəlxalq yarışlarda qazandıqları medalların sayı açıqlanıb.
Rekord.az xəbər verir ki, bu barədə gənclər və idman nazirliyinin mətbuat xidməti məlumat yayıb. Xəbərdə, idmançıların bu il ümumilikdə 519 medal qazandıqları bildirilib.
Onlardan 227-si olimpiya (62 qızıl, 62 gümüş, 103 bürünc), 292-si isə qeyri-olimpiya (117 qızıl, 85 gümüş, 90 bürünc) növlərinin payına düşür.