Azərbaycan idmançılarının oktyabr üçün reytinq cədvəli bəlli oldu
- 03 Okt 2022 21:00
- 442
Gənclər və İdman Nazirliyi olimpiya növləri üzrə milli komandaların idmançılarının oktyabr ayı üçün reytinq cədvəlini açıqlayıb.
Rekord.az nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, bədii gimnastika üzrə qrup hərəkətləri komandası 685 xalla siyahıya başçılıq edir.
Bədii gimnast Zöhrə Ağamirova 640 xalla ikinci, idman gimnastı İvan Tixonov isə 380 xalla üçüncü pillədə yer alıb.
Reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyinin müəyyənləşdirdiyi qaydalara uyğun aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun xallar hesablanır.