Portuqaliyanın Koimbra şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya kubokunda Azərbaycan idmançısı Mixail Malkin Beynəlxalq Gimnastika Federasiyasının (FIG) kubokunu qazanıb.

Rekord.az xəbər verir ki, yarışda qızıl medal qazanan və Dünya kuboku seriyasının qalibi olan idmançımız topladığı 31.100 xalla tamblinq üzrə ən güclülərin siyahısında adını ilk pilləyə yazdırıb.

Təmsilçimizin Bakıda və Koimbrada keçirilən iki Dünya kubokunda göstərdiyi nəticələr ona Beynəlxalq Gimnastika Federasiyasının (FIG) kubokunun qalibi adını qazandırıb.