Azərbaycan idmançısı qran-pridə gümüş medalla kifayətləndi
- 23 Apr 2022 22:00
- 484
Türkiyənin Antalya şəhərində gözdən əlillər arasında paracüdo üzrə qran-priyə (“2022 IBSA Judo Grand Prix”) start verilib.
Rekord.az xəbər verir ki, Azərbaycan yığması ilk gündə bir gümüş medalla kifayətlənib.
Namiq Abaslı (-73 kq, J2) 1/4 finalda özbəkistalı rəqibi Conibek Cəlilovu, yarıfinalda isə qazaxıstanlı cüdoçu Temirxan Dauleti məğlub edib. Finalda gürcüstanlı rəqibi Giorgi Kaldani ilə qarşılaşmadan məğlub ayrılan idmançımız gümüş medal qazanıb.
-60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən İsmayıl Muradov (J1) 1/4 finalda türkiyəli cüdoçü Sait Gökhan Yuceyə qalib gəlsə də, daha sonra yarıfinalda özbəkistanlı rəqibi Diyorbek Mayfonova məğlub olmuşdur. İsmayıl Muradov bürünc medal uğrunda qırğızıstanlı rəqibi Tamirlan Abdıkerimov ilə görüşüb. Amma bu görüşdə də uduzan idmançımız medalsız qalıb.
Digər təmsilçimiz Anar İsmayılzadə (J1) ilk qarşılaşmada gürcüstanlı rəqibi Mişiko Şiorbişviliyə məğlub olaraq mübarizəni erkən dayandırıb.
Aprelin 24-də Saleh Sultanov (-90 kq, J2), Aysel İmamverdiyeva (-70 kq, J2) və Xatirə İsmiyeva (+70 kq,J1) tatami üzərinə çıxacaqlar.