Parabadmintonçu İbrahim Əliyev Ümumdünya Badminton Federasiyasının (BWF) bayrağı altında keçirilən beynəlxalq turnirdə Azərbaycanı təmsil edəcək.

Azərbaycan Badminton Federasiyasından "Rekord.az"-a verilən məlumata görə, bu, Azərbaycan badmintonu tarixində bir ilkdir.

İbrahim Əliyev İndoneziyanın Cokyakarta şəhərində 23-28 avqust tarixlərində keçirilən və 15 ölkədən idmançıların qatıldığı "FOX's Indonesia Para Badminton International 2022" beynəlxalq turnirində iştirak edəcək.

Qeyd edək ki, parabadminton üzrə milli komandanın məşqçisi Teymur Abbasovdur.