Azərbaycan II Liqasında çıxış edəcək növbəti klubun adına aydınlıq gəlib.

Rekord.az xəbər verir ki, Azərbaycan II Liqasını 13-cü sırada bitirən "Şəfa" klubu AFFA Region Liqasının ikincisi "Hypers" klubu ilə pley-off mərhələsinin cavab qarşılaşması çərçivəsində üz-üzə gəlib.

"Bayıl Arena"da keçirilən matç "Hypers"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İlk oyunda da qalib gələn (2:0) Vüqar Nadirovun baş məşqçisi olduğu kollektiv iki görüşün nəticəsinə əsasən 2024/2025 mövsümündən etibarən Azərbaycan II Liqasında çıxış etmək hüququ qazanıb.

Məğlub olan "Şəfa" klubu isə yeni mövsümdən AFFA Region Liqasında çıxış edəcək.