Azərbaycan ilk dəfə xizək alpinizmi üzrə Dünya Kubokuna ev sahibliyi edəcək.

Azərbaycan Qış İdman Növləri Federasiyasından (AQİNF) Rekord.az-a verilən məlumata görə, bu yarışın ölkəmizdə keçirilməsi üçün Beynəlxalq Xizək Alpinizmi Federasiyasına (ISMF) ünvanlanan müraciət müsbət qarşılanıb.

ISMF-nin təqviminə salınan Dünya Kubokunun 2025-ci il yanvarın 11-12-də "Şahdağ" Turizm Mərkəzində təşkili nəzərdə tutulub.

Dünya Kubokunun Azərbaycanda keçirilməsi ilə bağlı qərar bu il martın 9-10-da AQİNF və “Şahdağ" Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan beynəlxalq xizək alpinizmi seriya yarışından sonra ISMF tərəfindən hazırlanan uğurlu qiymətləndirmə hesabatının nəticəsi əsasında verilib.