Sentyabrın 12-də, “Dalğa Arena”da keçiriləcək Azərbaycan – İordaniya beynəlxalq yoldaşlıq oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib.

Rekord.az AFFA-nın rəsmi saytına istinadən həmin tədbirlərin proqramını təqdim edir:

11 sentyabr
 
İordaniya
Saat 18:00. Mətbuat konfransı
Saat 18:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
 
Azərbaycan 
Saat 19:30. Mətbuat konfransı
Saat 20:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Hər iki məşq və mətbuat konfransı “Dalğa Arena”da olacaq.