"Neftçi"nin sabiq baş məşqçisi Füzuli Məmmədovun İranda çalışmaq perspektivi müvəqqəti olaraq sual altına düşüb.

Rekord.az xəbər verir ki, bir müddətdir sözügedən ölkənin I liqa klubları ilə danışıq aparan Məmmədovun Arazın o tayına getmək ehtimalı yüksək idi.

Lakin aldığımız son məlumata görə, gediş təxirə düşüb. Buna səbəb Azərbaycanla İran arasında son zamanlar yaşanan gərginlikdi. Məhz bu gərginliyi əsas gətirən iranlı menecerlər Füzuliyə bir müddət gözləməyi tövsiyyə edib.