Azərbaycan İslamiadada növbəti medalını qazandı
- 09 Avq 2022 21:14
- 537
Azərbaycan atleti Aleksis Kopello Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.
Rekord.az xəbər verir ki, üç təkanla tullanmada çıxış edən 37 yaşlı idmançı fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Nazim Babayev isə 5-ci yerlə kifayətlənib.
Bu, Azərbaycanın İslamiadada əldə etdiyi 3-cü medaldır. Daha əvvəl Anna Skidan çəkicatmada qızıl, taekvondoçu Həşim Məhəmmədov isə bürünc medala sahib çıxıb.