Qadın voleybolçulardan ibarət Azərbaycan millisi İslamiadada mübarizəyə başlayıb. "Rekord.az" xəbər verir ki, B qrupunda yer alan komandamız ilk görüşündə Seneqalı sınağa çəkib.

Qarşılama gözlənildiyi kimi voleybolçularımızın üstünlüyü ilə keçib. Matçın əvvəlində təşəbbüsü ələ alan millimiz rəqibə heç bir şans verməyib.  Yığmamızın quru hesablı qələbəsi ilə yekunlaşan oyunda rəqib heç bir setdə 10 xalı keçə bilməyib.

 

İslam Həmrəyliyi Oyunları
B qrupu 
8 avqust
   Seneqal - Azərbaycan 0:3 (7:25, 6:25, 10:25)