AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində noyabrın 16-da, saat 21:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - İsveç oyununun biletləri satışa çıxarılıb.

Rekord.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Biletlərin satış qiymətlərini və əldə edə biləcəyiniz ünvanları diqqətinizə çatdırırıq:
 
1-ci Kateqoriya - 15 AZN
2-ci Kateqoriya - 10 AZN
3-cü Kateqoriya - 5 AZN
VİP - 30, 50, 200 AZN
 
iTicket.az satış məntəqələri:
 
Gənclik Mall
28 Mall
Heydər Əliyev Sarayı-nın kassası
Köşk No1 (Sahil m. M.Rəsulzadə 3)
Köşk No2 (Bülbül prospekti, Nizami küç.)
1 Saylı ASAN xidmət mərkəzi
2 Saylı ASAN xidmət mərkəzi
3 Saylı ASAN xidmət mərkəzi
4 Saylı ASAN xidmət mərkəzi
1 Saylı Sumqayıt Regional ASAN xidmət mərkəzi