Azərbaycan - İsveçrə matçında serbiyalı hakimlər
- 12 Okt 2019 17:20
- 903
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının Avropa çempionatının seçmə mərhələsində İsveçrə ilə qarşılaşacağı oyunun hakimləri məlum olub.
Rekord.az UEFA-nın saytına istinadən xəbər verir ki, görüşü Serbiyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Novak Simoviç olacaq. Ona Svetozar Zivin və Nikola Coroviç kömək edəcək. Dördüncü hakim funksiyasını isə Miloş Milanoviç yerinə yetirəcək.
Oktyabrın 15-də, Sumqayıt şəhər stadionunda keçiriləcək Azərbaycan (U-21) – İsveçrə (U-21) oyunu saat 20:00-da start götürəcək.