Azərbaycan Kamerunla eyni qrupda mübarizə aparacaq
- 03 İyl 2022 19:35
- 997
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin V İslam Həmrəyliyi oyunlarındakı qrup rəqibləri bəlli olub. "Rekord.az" xəbər verir ki, komandamız B qrupunda mübarizə aparacaq.
Konyada təşkil olunacaq İslamiadada yığmamız Əfqanıstan, Seneqal və Kamerun kollektivləri ilə üz-üzə gələcək.
A qrupunda isə yarışın ev sahibi Türkiyə ilə yanaşı, Özbəkistan, İndoneziya və İran komandaları yer alıblar.
Millimiz FIVB-nin reytinq cədvəlində 44-cü yerdədir. Qrup rəqiblərimizdən Kamerun dünya sıralamasında 20-ci, Seneqal 47-ci pillədə qərarlaşıblar. Əfqanıstan isə cədvələ salınsa da, hesabında heç bir xalı olmayan onlarla ölkə ilə birlikdə 120-ci yeri bölüşüb.
Qeyd edək ki, İslam Oyunları 9-18 avqsut tarixlərində təşkil ediləcək. 2017-ci ildə Bakıda keçirilmiş sonuncu yarışın qalibi olmuş Azərbaycan millisi 8-15 avqust tarixlərində titulunu qorumağa çalışacaq.
V İslam Həmrəyliyi Oyunları
Konya, Türkiyə
Qadınlar
B qrupu
Azərbaycan
Kamerun
Seneqal
Əfqanıstan
A qrupu
Türkiyə
Özbəkistan
İndoneziya
İran