Azərbaycan karateçiləri Avropa çempionatında iştirak edəcək
- 16 Avq 2021 19:44
- 601
Azərbaycan karateçiləri 20-22 avqustda Finlandiyanın Tampere şəhərində keçiriləcək yeniyetmə və gənclərin Avropa çempionatında iştirak edəcək.
Rekord.az xəbər verir ki, qurumun prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi millinin heyətində 14-15 yaşlı yeniyetmələrdən 10 idmançı, 16-17 yaşlı gənclərdə 8, 18-21 yaşadək gənclər arasında isə daha 10 karateçi yer alıb.
Yarışa kumite üzrə yeniyetmə və gənclərin baş məşqçisi Anar Allahverdiyev, böyük məşqçilərdən Seymur Xudaverdiyev, Nağı Mehdiyev, Şahin Atamov və Niyazi Əliyev yollanacaq.
Beynəlxalq referilər Cahangir Babayev, Şahin Xudaverdiyev, Vüqar Kərimov və Mais Mədətov turnirin hakimləri arasında olacaq. Hakimlərdən dərəcəsini artırmaq üçün M.Mədətov, beynəlxalq kateqoriya almaq üçünsə Vüsal israfilov və Seymur Məmmədov Avropa Karate Federasiyasının (EKF) Hakimlər komitəsinə imtahan verəcəklər.
Yeniyetmə və gənclərin 48-ci, 21 yaşadək gənclərin isə 13-cü Avropa çempionatında 45 ölkədən 1008 idmançı mübarizə aparacaq.