20-22 may aralığında Bolqarıstanın Albena Kranevo şəhərində Dünya Şotokan Federasiyasının (WSF) 12-ci Avropa çempionatı keçiriləcək.

Rekord.az xəbər verir ki, bu turnirdə Azərbaycan idmançıları da mübarizə aparacaq.

60-dək karateçi arasında milli komandanın üzvləri və müxtəlif regionların klublarından idmançılar var. 

WSF-nin İcraiyyə komitəsinin üzvü və beynəlxalq təşkilatın Azərbaycanda rəsmi nümayəndəsi Rənad Əliyevin rəhbərlik etdiyi heyətdə iki hakim də yer alıb. Milli dərəcəli hakimlər Mircabbar Seyidov və Siyavuş Bayramov yarışı idarə edənlər arasında olacaq.

Mötəbər yarışa 14 ölkədən 803 idmançı qatılacaq. 8 yaşlı uşaqlardan 53 yaş üzəri veteranlaradək yaşqrupları daxil olmaqla qitə çempionatında komandalar da mübarizə aparacaq.