Azərbaycan karateçiləri sabah Rusiyanın Soçi şəhərində keçiriləcək "Russia Open" beynəlxalq turnirində iştirak edəcəklər.

Rekord.az xəbər verir ki, Səma Tağızadə (47 kq) və Elnur Qasımzadə (67 kq) iki gün davam edəcək yarışda mübarizə aparacaqlar.

İdmançıları yarışa məşqçi kimi Seymur Xudaverdiyev çıxaracaq.

Qeyd edək ki, sözügedən turnir cari ilin 15-20 dekabr aralığında Malayziyada keçiriləcək deflimpiya üzrə dünya çempionatının hazırlıq mərhələsinin bir hissəsidir.