Azərbaycan karateçilərindən beynəlxalq turnirdə 3 medal
- 16:00
- 36
Azərbaycan karateçiləri Qırğızıstanın Bişkek şəhərindəki “Bishkek Open” beynəlxalq turnirində medallar qazanıblar.
Rekord.az xəbər verir ki, idman karatesi üzrə yığmanın üç üzvü fəxri kürsüyə qalxıb.
Kumite yarışlarında böyüklər arasında Aslan Dostuyev (67 kq) qızıl, 16-17 yaşlı gənclər arasında Rauf İmanov (61 kq) gümüş, Ömər Əliyev (30 kq) 10-11 yaşlı uşaqlar arasında bürünc mükafata sahib çıxıb.
Turnirdə 1000-ə yaxın idmançı iştirak edib.