Azərbaycan karateçiləri Çinin Hanjou şəhərində keçirilən "Karate1 Premiyer Liqa"da iki bürünc medal qazanıblar.


Rekord.az xəbər verir ki, bu barədə Karate Federasiyasının mətbuat xidməti məlumat yayıb.


Nuran Rzazadə (67 kq) və Fərid Ağayev (75 kq) üçüncü yeri tutublar.


Yığma sözügedən yarışda idman baş məşqçi Şahin Atamovun rəhbərliyi altında iştirak edib.