Azərbaycan karateçilərindən Ərəb Əmirliklərində 6 medal
- 27 Fev 2023 17:16
- 438
Azərbaycan karateçiləri Birləşmiş Ərəb Əmirliklərinin Fujeyra şəhərində “Karate1 Youth League” turnirinin son günündə daha iki medal qazanıblar.
Rekord.az xəbər verir ki, 14 yaşadək uşaqlar arasında Əfqan Tarverdi (-45 kq) qızıl medala, Zeynəb Nəbiyeva isə (-52 kq) gümüş mükafata sahib olub.
Xatırladaq ki, 4 gün davam edən nüfuzlu yarışın əvvəlki günlərində Amin Yadigarlı (-55 kq, 16-17 yaşlı gənclər) birinci yeri, Nicat Kərimli (-75 kq, 21 yaşadək gənclər) və Rumil Cəfərli (-76 kq, 16-17 yaşlı gənclər) ikinci pilləni, Raul Səfərəliyev (-63 kq, 14-15 yaşlı yeniyetmələr) isə üçüncü sıranı tutub.
Klub yetirmələrindən "Qara Qaplan"ın idmançıları iki qızıl, bir gümüş və bürünc, "Arpaçay" bir qızıl, Sumqayıt idmançısı isə bir bürünc medala sahib olub. İdmançıları yarışda milli komandanın məşqçiləri Şahin Xudaverdiyev, Seymur Xudaverdiyev, eləcə də Akif Kərimov müşayiət edib. Beynəlxalq hakimlər Cahangir Babayev, Vüqar Kərimov və Anar Allahverdiyev mötəbər yarışın hakimləri arasında olub.
Mövsümün ilk “Karate1 Youth League” turnirində 14 yaşadək uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-17 və 21 yaşadək gənclər mübarizə aparıb. Mötəbər yarışda 67 ölkədən 1169 idmançı iştirak edib.