Azərbaycan karateçisi Qazaxıstanda çempion oldu
- 06 İyn 2022 20:32
- 475
Qazaxıstanın Almatı şəhərində “Kazakhstan Open” adlı beynəlxalq karate turniri keçirilib.
Rekord.az xəbər verir ki, beynəlxalq turnirdə 5 ölkədən 763 karateçi iştirak edib.
Azərbaycan yığmasının üzvlərində Veronika Qaşnikova (-47 kq) turnirin iki qızıl medalına sahib olub.
12-13 yaşlı uşaqlar və 14-15 yaşlı yeniyetmələr arasında çempion olan Qaşnikova, hər iki yaş qrupunda keçirdiyi görüşlərin heç birində rəqiblərinə xal verməyib.