![photo](https://rekord.az/uploads/5/fb0c1bbc-58fb-3a3b-aa09-7c47be80deb6-850-600x300.jpeg)
Azərbaycan karateçisindən Xorvatiyada bürünc medal
- 2024-06-28 16:00
- 89
Azərbaycan karateçisi Aysu Əliyeva Xorvatiyanın Poreç şəhərində keçirilən Karate 1 Liqa yarışında bürünc medal qazanıb.
Rekord.az xəbər verir ki, təmsilçimiz 21 yaşadək idmançıların mübarizəsində fərqlənib.
Komandaya bu yarışda AKF-nin baş katibi Qabil Sayadov və gənclərdən ibarət yığmanın baş məşqçisi Anar Allahverdiyev rəhbərlik edir.