Futbol üzrə UEFA Millətlər Liqasının 4-cü turu çərçivəsində keçiriləcək Azərbaycan - Kipr matçının təyinatları açıqlanıb.

Rekord.az xəbər verir ki, qarşılaşma Xorvatiyadan olan hakimlər briqadasına həvalə edilib.

Baş hakim Fran Yoviç olacaq. Ona yan xətt hakimləri İvitsa Modriç və Hrvoye Radiç kömək edəcək. Dördüncü hakim funksiyasını İvan Vuçkoviç yerinə yetirəcək.

Hakim-inspektor Çexiyadan Karel Vidlak, UEFA nümayəndəsi isə Sloveniyadan Devid Makdauell Zor olacaq. 

Qeyd edək ki, oktyabrın 13-da Albaniyadakı "Elbasan Arena"da keçiriləcək oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək. Azərbaycan yığması bu gün Monteneqronun, Kipr isə Lüksemburqun qonağı olacaq.