Azərbaycan klubları üçün UEFA-dan ödəniş
- 25 Avq 2024 16:15
- 165
2024/2025-ci illər mövsümündə avrokuboklarda (Avropa Liqası, Konfrans Liqası) çıxış edən Premyer Liqa klubları üçün UEFA tərəfindən ayrılmış ödənişlər AFFA-nın vasitəçiliyi ilə müvafiq klubların hesabına köçürülüb.
Rekord.az xəbər verir ki, ödəniş “Zirə”yə Avropa Liqasındakı, “Sumqayıt”a (tam ödəniş) və “Sabah”a isə Konfrans Liqasındakı çıxışa görə edilib.
“Zirə” – 349.600 avro
“Sabah” – 174.600 avro
“Sumqayıt” – 524.600 avro