Azərbaycan klublarının Avropa Kubokunda rəqibləri müəyyənləşdi
- 16 İyl 2024 18:00
- 221
Azərbaycanı həndbol üzrə Avropa Kubokunda təmsil edəcək kişi və qadın komandaların rəqibləri müəyyənləşib.
Rekord.az xəbər verir ki, bu, 2024/25 mövsümünün püşkatmasından sonra bəlli olub.
Kişilərdən ibarət "Kür" komandası “Stravolo” (Kipr), “Bakı” isə “Lofçen Çetinye” (Monteneqro) ilə görüşəcək. Qadın komandalardan “Kür” Yunanıstan təmsilçisi “İonias”, “Qarabağ” “Differdanj” (Lüksemburq), “Azəryol” isə “Qaliçanka” (Ukrayna) ilə qarşılaşacaq.
Azərbaycan klubları yarışa 2-ci mərhələdən start verəcək. Kişilərin turnirində bu raund oktyabrın 19-20-də və 26-27-də, qadınlarda isə oktyabrın 5-6-da və 12-13-də keçiriləcək. Avropa Kubokunda ümumilikdə 63 kişi və 64 qadın komandası çıxış edəcək.