"Sumqayıt" klubu 40 yaşlı basketbolçunu transfer edib.

Rekord.az xəbər verir ki, ötən mövsüm "Neftçi"də çıxış etmiş Aleksey Kitayev heyətə cəlb olunub.

Onunla 1 illik müqavilə imzalanıb.

Kitayev ötən mövsüm "Neftçi"nin heyətində 11 oyun keçirib və 24 xal toplayıb.