
Azərbaycan klubu Avropa çempionatında ikinci yeri tutub
- 14 Apr 2025 16:20
- 77
Azərbaycanın “Altay” taekvondo klubu Estoniyanın paytaxtı Tallində keçirilən klublararası Avropa çempionatında ikinci olub.
Rekord.az xəbər verir ki, yarışda ölkəmizi "Atlet" və "Mübariz" kollektivləri də təmsil ediblər.
Fateh Sultanlı (40 kq), Cahid İsmayılzadə (52 kq) və Fərid Məlikli (24 kq) bütün rəqiblərinə qalib gələrək çempion olublar. Fərhad Məlikli (24 kq) gümüş, Əkbər Tağıyev (27 kq) və Əjdər Qalabəyov (36 kq) isə bürünc medal qazanıblar.
“Altay” komanda hesabında iki qızıl medalla 2-ci yeri tutub.