Azərbaycan klubu daha bir basketbolçunun keçidini açıqladı
- 2024-09-27 16:00
- 49
“Ordu” klubu daha bir basketbolçunun keçidini açıqlayıb.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, gənc basketbolçu Əlibəy Məmmədli ilə 1 illik müqavilə imzalanıb.
190 sm boya malik basketbolçunun son iş yeri “Gəncə” klubu olub. Məmmədli Azərbaycanın U-20 yığmasının da üzvüdür.