Azərbaycan 1-ci Liqasında çıxış edən "Baku Sportinq" iki serbiyalı futbolçu transfer edib.

Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Uroş Jemoviçlə 1 illik müqavilə imzalanıb.

23 yaşlı hücumçu sonuncu dəfə ölkəsində "Dunav Prohovo”nun formasını geyinib.

Luka Stevanoviçlə də 1 illik müqavilə imzalanıb. 26 yaşlı yarımmüdafiəçi sonuncu dəfə Serbiya təmsilçisi “Hayduk 1912”də oynayıb.