2-ci Liqası təmsilçisi “Füzuli”nin yeni baş məşqçisi açıqlanıb.

Rekord.az klubun mətbuat xidmətinə isitnadən xəbər verir ki, türkiyəli mütəxəssis İbrahim Uzunca əyalət təmsilçisini çalışdıracaq.

UEFA PRO kateqoriyalı məşqçi ilə 3 illik müqavilə imzalanıb.

62 yaşlı mütəxəssis 2011-ci ildən etibarən, fasilələrlə, “Lokomotiv Biləcəri”, “Bakı” FK, “Şahdağ” Quba və “Xan Lənkəran” klublarında fəaliyyət göstərib.

Türkiyədə isə o, “Adana Dəmirspor”, “Kayseri Ərciyəzspor”, “Pozantı Gənclik”, “Kadirli Dəmir” və “Osmaniyəspor” klublarının baş məşqçisi postunda çalışıb.