Futbol üzrə Azərbaycan 1-ci Liqasında çıxış edən "Şamaxı" yoxlama oyununda Türkmənistan təmsilçisi ilə üz-üzə gələcək.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, rəqib “Nebitçi” olacaq.
Sentyabrın 8-də Qəbələdə reallaşacaq qarşılaşma saat 17:00-da başlayacaq.