Azərbaycan komandası Batumidə qalib oldu FOTO
- 24 Apr 2024 11:00
- 273
Bu yaxınlarda Gürcüstanın Batumi şəhərində bu ölkənin məhşur futbolçusu Şota Arveladzenin şərəfinə "Shota Cup" turniri keçirilib.
Rekord.az xəbər verir ki, hər il keçirilən bu turnir beynəlxalq status daşıyır.
Bu dəfəki turnirdə 16 komanda iştirak edib ki, onlar arasında Azərbaycanın "EFA" klubunun U-11 komandası da yer alıb. Turnir iki liqada keçirilib. Tağı Məmmədovun rəhbəri olduğu "EFA" "Silver Liqa"da çıxış edib və qalib adını qazanıb.