Azərbaycanın polo üzrə "Land of Fire-Azerbaijan" komandası İsveçrənin Sankt Moritz şəhərində keçirilən dünya kubokunda yarımfinala vəsiqə qazanıb.

Rekord.az xəbər verir ki, kollektiv qarüstü polo üzrə sayca 38-ci yarışın 1/4 finalında "Flexjet" ilə qarşılaşıb.

Rəqibinə 5:3.5 hesabı ilə qalib gələn Azərbaycan təmsilçisi adını yarımfinala yazdıran ilk komanda olub.

"Land of Fire-Azerbaijan" qələbəsini bu gün Azərbaycanın İrandakı səfirliyində törədilmiş xain terror aktının qarşısını alarkən qəhrəmancasına şəhid olmuş baş leytenant Orxan Əsgərovun əziz xatirəsinə həsr edib.